AZ EN RU

Culfa şəhərinin mərkəzi küçələrində əsaslı təmir işləri aparılır

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sakinlərin və avtomobillərin rahat hərəkətini təmin etmək məqsədilə Culfa şəhərinin Hüseyn Cavid və Məhərrəm Əsgər oğlu küçələrində əsaslı təmir işləri aparılır. Agentliyin mətbuat xidmətindən “Şərq qapısı”na bildirilib ki, hazırda ərazidə torpaq işləri həyata keçirilir və yararsız asfalt qatı sökülərək ərazidən daşınır. Yolun alt təbəqəsi, yəni bazasını möhkəmləndirmək üçün əraziyə qum-çınqıl materialı verilir. 
Qeyd edək ki, ümumi uzunluğu 6,5 kilometr olacaq şəhərdaxili avtomobil yolunun eni 5,5 və 4,5 metr olmaqla, asfalt-beton örtüyünə malik 2 zolaqlı formada qurulacağı nəzərdə tutulub.

Nəşr edilib : 07.08.2024 12:15