AZ EN RU

Culfa rayonunun Əbrəqunus kəndinə yeni suvarma su xətti çəkilir

Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin tabe idarəsi olan Culfa Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən rayonun Əbrəqunus kəndinə yeni suvarma su xətti çəkilir.

Agentliyin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, Bənəniyar su anbarından çəkilən suvarma boru xəttinin uzunluğu 1850 metr olacaq. İdarə əməkdaşları tərəfindən 850 metr uzunluğunda qazıntı işləri görülüb, diametri 355 və 250 millimetr olan, ümumilikdə, 750 metr uzunluğunda plastik borular qaynaq edilib. Hazırda işlər davam etdirilir.

Nəşr edilib : 30.07.2024 17:05