AZ EN RU

Culfa rayonunda vətəndaş qəbulu keçiriləcək

Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifələrinin icraçısı, nazir müavini Həsən Seyidov 23 avqust tarixdə Culfa rayonunda vətəndaşları qəbul edəcək.

Culfa rayon sakinləri Culfa Rayon Mədəniyyət Şöbəsinə müraciət etməklə və ya 546-04-23, 077-569-48-00 nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Qeyd edək ki, vətəndaş qəbulu saat 10:00-da Culfa Rayon Mədəniyyət Sarayının inzibati binasında keçiriləcək.

Nəşr edilib : 14.08.2024 14:06