AZ EN RU

C.T.Əbdul-Qədirovun Oğuz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Cavid Teyrun oğlu Əbdul-Qədirov Oğuz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 iyul 2024-cü il

Nəşr edilib : 16.07.2024 15:18