AZ EN RU

COP29-un Bakıda keçirilməsi Ermənistan üçün nə ifadə edir?

BMT-nin  İqlim Dəyişikliyi konfransı olan COP29-un Bakıda keçirilməsi Azərbaycanın dünya ölkələri sırasında tutduğu nüfuzunun göstəricisidir. COP29-un Bakıda keçirilməsinə müsbət rəy verən ölkələr sırasında Ermənistan Respublikası da öz yerini tutur.  Bəs diplomatik əlaqələrin var olmadığı halda nə üçün Ermənistan bu fikirə müsbət rəy verdi? Azərbaycan Respublikasının Ermənistana qarşı qərəzli siyasət yeritmədiyi aşkardır. Hətta bu fikirin sübutu COP29-da da özünü göstərir. Prezident köməkçisi Hikmət Hacıyev 2-ci Şuşa Qlobal Media Forumunda çıxışı zamanı Ermənistanın Respublikasının noyabr ayı konfransda iştirakına dəvət olunmasını təsdiq edərək iki ölkə arasında diplomatik münasibətlərin olmamasına rəğmən məktubun göndərilməsini Azərbaycanın xoşməramlı və inkluziv yanaşmasının nümunəsi olaraq qiymətləndirib. Ermənistana gəldikdə isə noyabr ayında Bakıda keçirilməsi planlanan COP29–iqlim  konfransında Ermənistanın iştirak edib-etməyəcəyi barədə dəqiq məlumat yoxdur, lakin bu barədə Ermənistan baş naziri Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan belə bir səfərin planlaşdırılmadığını qeyd edib.

Bəs BMT-nin iqlim konfransında iştirak etməyi planlaşdırmayan Ermənistan nə üçün bu konfransın keçirilməsinə müsbət rəy verib?

Öncəliklə siyasi əlaqələri bir kənara qoyub, konfransın öz məqsədinə köklənmək ən başlıca səbəblərdən biri kimi dəyərləndirilə bilər. Bilindiyi kimi, ətraf mühit problemləri ilə üzləşən bölgələrdən biri də Cənubi Qafqazdır. COP-29-un Cənubi Qafqaz ölkələrindən biri olan Azərbaycanda keçirilməsi Ermənistanında ətraf mühitlə bağlı problemlərini açmağa və bu problemlərin həll olunmağına köməklik göstərə bilər. Bu təbii haldır ki, bunun üçün Ermənistanı təmsil edən nümayəndəliyin və yaxud da baş nazir Nikol Paşinyanın bu konfransda iştirak etməsi vacib amillərdəndir. Amma digər bir nüansa da diqqət yetirsək, görə bilərik ki, Ermənistan bu konfransda iştirak etsə, dünya ölkələrinin bəziləri tərəfindən təzyiq və təcrid hissi yarada bilər. Eyni zamanda Azərbaycan və Ermənistan respublikaları yeni savaş mövqeyindən çıxmaları da bu konfransda iştirak üçün cüzi maneələr yarada bilər. Bu mövqedə Ermənistan konfransa qatılmaqdan çəkinə, təhlükəsizlik problemləri səbəbi ilə də konfransdan imtina edə bilərlər.  Ermənistanın bu konfransa müsbət rəy vermək sualına gəldikdə isə bu arqumentlərdən əlavə Ermənistan istər dünya ölkələri, istərsə də BMT-yə daxil olan ölkələr qarşısında öz qərəzli mövqeyini gizlədərək “diplomatik və dostcanlı” bir ölkə kimi özünə yeni bir sima cızma cəhdidə ola bilər. Amma bu, şübhəsiz, ehtimallardan biridir ki, son anda Ermənistan öz mövqeyindən dönməzliyini göstərmək üçün “boykot” adı altında bu konfransa qatılmaqdan imtina edərək öz mövqeyini dəqiq olaraq dünya ictimaiyyətinə göstər bilər.

Rafiq TƏHMƏZ

Nəşr edilib : 25.07.2024 10:22