AZ EN RU

Cəzaçəkən məhkumlar arasında İİV-ə görə müayinələr aparılıb

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Naxçıvan Muxtar  Respublikası QİÇS-lə Mübarizə Mərkəzinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin qarışıq rejimli cəzaçəkmə müəssisəsində cəzaçəkən məhkumlar arasında İİV-ə görə müayinələr aparılıb.

Nazirliyi Naxçıvan Muxtar Respublikası QİÇS-lə Mübarizə Mərkəzinin regional laboratoriyasının həkim briqadası ilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin qarışıq rejimli cəzaçəkmə müəssisəsində cəzaçəkən 236 məhkum üzərində müayinələr aparılıb. Müayinələr başa çatdıqdan sonra təcrübəli həkimlər tərəfindən xəstəliyin yoluxma yolları, müayinə və müalicəsi barədə maarifləndirmə işi aparılıb, buklet və broşürlər paylanılıb.

               Bülbül Quliyeva

Nəşr edilib : 14.08.2024 16:51