AZ EN RU

Ceyhun Kərəmov: Peşə təhsili müəssisələrində inklüzivliyin təmini üzrə bugünkü nəticələr bizi qane etmir

Peşə təhsili müəssisələrində inklüzivliyin təmin edilməsi üzrə bugünkü nəticələr bizi qane etmir.

Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov iyulun 29-da keçirilən brifinqdə deyib.

Agentlik direktoru bildirib ki, peşə təhsili müəssisələrində inklüziv tədrisin aparılması üçün hazırda müəllimlər ilə müəyyən təlimlər keçirir: “Təhsilin bütün pillələrində inklüzivliyin təmin edilməsi üçün işlər aparılır. Eləcə də peşə təhsili sahəsində. Qeyd edim ki, peşə təhsili müəssisələrində inklüzivliyin təmin edilməsi nisbətən çətindir. Lakin bu istiqamətdə artıq işlər aparılır. Müsbət nümunələrimiz də var”.

Nəşr edilib : 29.07.2024 12:01