AZ EN RU

Ceyhun Bayramov belçikalı həmkarı ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib

NATO Sammiti çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov belçikalı həmkarı Hadja Lahbib ilə görüşüb.

Bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib.

Qeyd edilib ki, görüşdə Azərbaycan-Belçika ikitərəfli münasibətləri, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya və Azərbaycanın COP29-a sədrliyi çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

"Həmçinin münaqişədən sonrakı regional vəziyyət və Azərbaycan-Ermənistan sülh prosesinin hazırkı vəziyyəti müzakirə olunub",-məlumatda qeyd edilib.

Nəşr edilib : 10.07.2024 17:55