AZ EN RU

Çempionlar Liqası: “Qarabağ” “Ludoqorets”i darmadağın edərək pley-off mərhələsinə vəsiqə qazanıb

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bolqarıstanda üz-üzə gələn “Ludoqorets” və “Qarabağ” komandaları arasında oyun başa çatıb.
"Şərq qapısı" xəbər verir ki, görüş Ağdam təmsilçisinin 7:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandamızın heyətində qolları Olavio Juninyo, Yassin Benzia (2 qol), Toral Bayramov, Redon Cica və Patrik Andrade (2 qol) vurublar.
Bununla da təmsilçimiz adını UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yazdırıb.
Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində Xorvatiyanın “Dinamo”(Zaqreb) komandası ilə üz-üzə gələcək.

Nəşr edilib : 14.08.2024 00:53