AZ EN RU

Bugünkü MİQ imtahanında 83 faiz davamiyyət qeydə alınıb

İyulun 9-da müəllimlərin işə qəbulu üzrə müsabiqənin (MİQ) test imtahanı mərhələsinə tarix, coğrafiya və alman dili fənləri üzrə 7015 namizəd dəvət olunub. Ümumilikdə 83 faiz davamiyyət qeydə alınıb.

Bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib. Qeyd olunub ki, müsabiqənin təşkil olunduğu Gəncə şəhər 18 nömrəli orta məktəbdə yerləşən imtahan mərkəzində şəbəkəni təmin edən optik kabelin sıradan çıxması imtahan prosesinin dayandırılmasına səbəb olub. Problem qısa müddətdə aradan qaldırıla bilmədiyi üçün test imtahanı növbəti tarixə dəyişdirilib.

Həmin imtahan mərkəzində olan namizədlərin şəxsi səhifələrinə növbəti test imtahanı ilə bağlı müvafiq məlumat göndərilib. Namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahan tarixi və məkanla tanış ola bilərlər.

Nəşr edilib : 09.07.2024 17:27