AZ EN RU

Bu il MİQ müsabiqəsində namizədlərə 10500 vakant yer təqdim olunub

Bu il vakant yerlərin sayı daha çoxdur.

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zenfira Sevdimalı jurnalistlərə müsahibəsində söyləyib.

“Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqə zamanı namizədlərə 10 500 vakant yer təqdim olunub. Əksər fənlər üzrə bu il vakant yerlərdə artım müşahidə olunur. Xüsusilə sertifikasiya prosesindən sonra Azərbaycan dili və ibtidai sinif üzrə ötən illə müqayisədə vakant yerlərin sayı 50 faiz artıb”, - deyə Zenfira Sevdimalı qeyd edib.

Nəşr edilib : 14.08.2024 12:32