AZ EN RU

Bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsi üçün püşkatma olacaq

"Şərq qapısı" xəbər verir ki, turnirdəki təmsilçilərimiz “Zirə” və “Sabah” komandalarının da potensial rəqibləri bəlli olacaq.

Mərasim Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.

Qeyd edək ki, “Zirə” Konfrans Liqasının III raundunda Xorvatiyanın “Osiyek”, “Sabah” isə İrlandiyanın “Sent Patriks” komandaları ilə qarşılaşacaq. Bu mərhələnin ilk görüşləri avqustun 8-də, cavab matçları isə avqustun 15-də keçiriləcək

Nəşr edilib : 05.08.2024 11:47