AZ EN RU

Britaniyanın yeni xarici işlər naziri Almaniyada səfərdədir

Böyük Britaniyanın yeni xarici işlər naziri Devid Lemmi Almaniyaya səfər edib və almanıyalı həmkarı Annalena Berbokla görüşüb.

Bu barədə Almaniya Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsində məlumat yayılıb.

Bildirilib ki, Böyük Britaniya Avropanın ayrılmaz hissəsidir. İstər elm, mədəniyyət, istərsə də təhlükəsizlik sahələrində Almaniya və Britaniya sıx əməkdaşlıq edir: “Beynəlxalq iqlim siyasətində də biz birlikdə irəliləmək və eyni istiqamətdə hərəkət etmək istəyirik. COP29 hamıya fayda verən daha ədalətli iqlim maliyyəsi üçün mühüm mərhələdir”,- deyə məlumatda qeyd olunub.

Əlavə edilib ki, NATO-nun Avropa sütununu gücləndirmək və həm də müttəfiqlərlə birlikdə Ukraynaya daha effektiv dəstəyin verilməsi ilə bağlı müzakirələr də aparılıb.

Nəşr edilib : 07.07.2024 14:06