AZ EN RU

Britaniya səfiri: Qızıl medal siyahısına xoş gəldin, Azərbaycan!

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Olimpiya çempionu olması münasibətilə Hidayət Heydərovu və Azərbaycanı təbrik edib.

Bu barədə o, "X"də yazıb.

"Qızıl medal siyahısına xoş gəldiniz, Azərbaycan! Keçmiş həvəskar cüdoçu kimi mən bir fəndin qalibiyyətə apardığını bilirəm. Təbriklər!", - səfir qeyd edib.

Nəşr edilib : 30.07.2024 09:28