AZ EN RU

Böyük Britaniyada parlament seçkiləri keçirilirBöyük Britaniyada parlament seçkiləri keçirilir

Bu barədə Britaniya KİV-ləri məlumat yayıb.

İctimai rəy sorğularına görə, hakim Mühafizəkarlar Partiyası onlara müxalifətdə olan Leyboristlər Partiyasından xeyli geridədir. “Torilər”in məğlubiyyətə uğrayacağı proqnozlaşdırılır. Proqnozlara görə, onlar parlamentdə yalnız 61 yer qazana biləcəklər (təxminən 9,4%). Eyni zamanda, leyboristlərin 470 mandatla müasir parlament tarixində ən böyük qələbələrdən birini qazanacağı proqnozlaşdırılır.

Britaniya xalqı İcmalar Palatasına (parlamentin aşağı palatası) hər dairədən bir nəfər olmaqla 650 deputat seçəcək. Qələbəni parlamentdəki yerlərin əksəriyyətini əldə edən partiya qazanacaq. Onun lideri isə baş nazir olacaq və Britaniya hökumətinə rəhbərlik edəcək. İcmalar Palatasında çoxluğu təmin etmək üçün bir partiyaya 326 yer lazımdır.

Yerli vaxtla səhər saat 07:00-dan axşam saat 22:00-dək ölkə üzrə 40 minə yaxın seçki məntəqəsi fəaliyyət göstərəcək.

Nəşr edilib : 04.07.2024 10:59