AZ EN RU

Boris Titov: COP29 qlobal gündəmin əsas mövzusudur

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) hazırda qlobal gündəmin əsas mövzusudur.

Bunu Bakıda jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Boris Titov deyib.

“Biz ilk fikir mübadiləsi apardıq. Azərbaycanda COP29-a hazırlıqları, bu gün nə qədər böyük işlərin görüldüyünü öyrəndik. Bunu təsəvvür etmək belə çətindir”, - o bildirib.

B.Titov bu gündəliyin hazırlanmasında sahibkarların və onların iqlim dəyişikliyi ilə mübarizə problemlərinin həllində iştirakının vacibliyini qeyd edib.

Xatırladaq ki, bu ilin noyabrında Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Bu qərar 2023-cü il dekabrın 11-də Dubayda keçirilən COP28-in plenar iclasında qəbul edilib.

Nəşr edilib : 15.07.2024 17:11