AZ EN RU

Bizim əməkdaşlarımız Milli Məclisə, Naxçıvanın Ombudsman aparatının əməkdaşları isə həm Milli Məclisə, həm də Ali Məclisə seçkiləri müşahidə edəcəklər"

"Şərq qapısı" xəbər verir ki, bunu Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Naxçıvanda “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda keçirilən dəyirmi masadan sonra jurnalistlərə açıqlamasında deyib. S.Əliyeva bildirib ki, keçirilən dəyirmi masa vətəndaşların seçki hüququnun təmini mövzusunda olub: "Mərkəzi Seçki Komissiyası ilə birgə həyata keçirdiyimiz silsilə tədbirlərin sonuncusu Naxçıvan Muxtar Respublikasında təşkil olundu. Biz bu tədbirləri mütəmadi olaraq həyata keçiririk və hesab edirik ki, hüquqi düşüncənin, hüquqi mədəniyyətin artırılması istiqamətində olduqca vacib tədbirlərdəndir. O, cümlədən əsas məqsəd vacib siyasi hüquqlardan biri olan seçki hüququnun təminidir. Ombudsman aparatının əməkdaşları Azərbaycan Respublikasının Milli Məclisinə o, cümlədən Naxçıvan Muxtar Respublikası Ombudsman aparatının əməkdaşları muxtar respublika ərazisində həm Milli Məclisə, həm də Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkiləri müşahidə edəcəklər".  
Səbinə Əliyeva qeyd edib ki, şəxsin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərdə də seçkini müşahidə edəcəklər: "Yəni Penitensiar xidmətin müəssisələrində, ordu sıralarında və digər yerlərdə müşahidəni həyat keçirəcəklər".

Nəşr edilib : 12.08.2024 15:06