AZ EN RU

Birinci vitse-prezident Mehriban Əliyeva Olimpiadada bürünc medal qazanan Giorgi Meşvildişvilini təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Paris Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edən Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili ilə bağlı paylaşım edib.

"Şərq qapısı" xəbər verir ki, paylaşımda deyilir:

“Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Paris Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdır! İdmançımızı təbrik edir, ona yeni qələbələr nailiyyətlər arzulayıram!”

Nəşr edilib : 11.08.2024 10:40