AZ EN RU

Birinci vitse-prezident Mehriban Əliyeva Həsrət Cəfərovun Olimpiya Oyunlarının bürünc medal mükafatçısı olması ilə bağlı paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram hesabında Həsrət Cəfərovun Olimpiya Oyunlarının bürünc medal mükafatçısı olması ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir: “Ura! Növbəti qələbəmiz! Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov bürünc medal qazandı! İdmançımızı səmimi-qəlbdən təbrik edirəm! Azərbaycan azarkeşlərinə bəxş etdikləri sevincə görə bütün qaliblərə təşəkkürümü bildirirəm!”

Nəşr edilib : 09.08.2024 01:45