AZ EN RU

Bayden: Ümid edirik ki, İran Haniyənin qətlinə görə vəziyyəti gərginləşdirməyəcək

ABŞ Prezidenti Co Bayden şənbə günü İran hakimiyyətinin Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsindən sonra Yaxın Şərqdə vəziyyəti gərginləşdirməyəcəyinə ümid etdiyini bildirib. 

Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Belə ki, jurnalistlər Tehranın Haniyənin intiqamını almaq niyyətindən əl çəkib-çəkməyəcəyi ilə bağlı dövlət başçısının fikrini soruşublar. "Ümid edirəm, amma bilmirəm", - deyə Bayden cavab verib.

Qeyd edək ki, bundan əvvəl xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri Kani Tehranda Haniyənin öldürülməsindən sonra İranın İsrailə qarşı heç bir tolerantlıq nümayiş etdirməyəcəyi barədə xəbərdarlıq edib.

Nəşr edilib : 04.08.2024 12:20