AZ EN RU

Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatı

Şəxsin minaya düşərək xəsarət alması faktı ilə bağlı araşdırma aparılır

Avqustun 11-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş "Qanlıgöl" yaylağı adlanan ərazisində mina partlayışı hadisəsi baş verib.

Hadisə nəticəsində 2005-ci il təvəllüdlü Şərur rayon sakini Bəxtiyar Sultanov müxtəlif dərəcəli xəsarətlər alıb. O, dərhal xəstəxanaya çatdırılaraq zəruri tibbi yardımlar göstərilib, hazırda vəziyyəti ağır olaraq qalır.

Şahbuz rayon prokurorluğunun əməkdaşları tərəfindən prokuror-kriminalist və Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin iştirakı ilə hadisə yeri müayinə olunub və digər zəruri prosessual hərəkətlər icra edilib.

Faktla bağlı Şahbuz rayon prokurorluğunda araşdırma aparılır.

Nəşr edilib : 12.08.2024 09:36