AZ EN RU

Bahar Muradova: Demokratik ölkələrin əksəriyyətindən əvvəl qadınlara seçmək və seçilmək hüququ vermişik

Biz istər qadın, istər kişi olaraq, ilk növbədə, hüquqlarımızı bilməliyik. Bütün Azərbaycan vətəndaşlarının ölkənin ictimai-siyasi həyatında, bütün səviyyələrdə bərabər şəkildə iştirak hüququ var.

Bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova iyulun 24-də Milli Məclisə seçkilərdə qadınların fəallığının yüksəldilməsinə həsr olunan dəyirmi masada deyib.

Komitə sədri, həmçinin qeyd edib: “Bu hüquqdan bərabər istifadə edək, bərabər iştirak edək və təmsil olunaq. Eyni zamanda, nəticələrə məsuliyyətlə cavabdehlik daşıyaq. Bizim bu qəbildən olan məlumatlandırma kampaniyalarımızın məqsədi bu bərabərliyi təmin etməkdir. Biz bütün demokratik ölkələrin əksəriyyətindən əvvəl qadınlara seçmək və seçilmək hüququ vermişik. Keçdiyimiz inkişaf yolu, əldə etdiyimiz nailiyyətlər bizi o həddə gətirib çıxarıb ki, biz kişilərdən öndə olmalı deyil, onlarla çiyin-çiyinə, bərabər şəkildə qurduğumuz bu dövlətə töhfələrimizi verməliyik, bərabər iştirak etməliyik, bərabər cavabdehlik daşımalıyıq”.

Nəşr edilib : 24.07.2024 11:14