AZ EN RU

Bahar Muradova: Biz qadınları İslam dünyasının inkişafına yönələn bütün istiqamətlərdə fəal olmağa çağırırıq

Şuşada keçirilən konfransın məqsədi qadının dəyəri, onun statusu və hüquqları barədə mövcud yanaşmalar haqqında ətraflı fikir mübadiləsi aparmaqla İslam mədəniyyətinin təbliğində qadınların rolunun gücləndirilməsinin vacibliyini bir daha vurğulamaq, onları İslam dünyasının inkişafına yönələn bütün istiqamətlərdə fəal olmağa çağırmaqdır.

Bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “İslam dünyasında qadınlar: ənənələr və çağırışlar” mövzusunda konfransda çıxışı zamanı söyləyib.

Şuşa şəhərinin 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilməsini önəmli hadisə olduğunu vurğulayan komitə sədri deyib: “Bu gün Azərbaycan siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal dialoq məkanına çevrilib. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 ölkəmizdə keçiriləcək.

Məlum olduğu kimi, dövlətimizin başçısı İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. İndi Yer kürəsinin hər hansı regionunda baş verən təbii fəlakət təkcə həmin ərazinin deyil, bütün dünyanın problemi sayılır.

Bəşəriyyətin yaranması, inkişaf etməsi, eləcə də yenilənməsində əvəzsiz rol oynayan qadınlar bu gün belə qlobal problemləri aradan qaldırmağın yollarını kişilərlə birgə axtarırlar. COP29-un Təşkilat Komitəsində qadınların da iştirakı bunun əyani sübutudur".

Nəşr edilib : 18.07.2024 11:00