AZ EN RU

Badamlı qəsəbəsində yanğın olub

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şahbuz rayonu Badamlı qəsəbəsində həyətyanı sahədə yanğının baş verməsi barədə məlumat daxil olub.

"Şərq qapısı" xəbər verir ki, məlumata əlaqədar dərhal Şahbuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülərək daha geniş sahələrə yayılmasının qarşısı alınıb.

Nəşr edilib : 21.07.2024 20:35