AZ EN RU

Babək və Şahbuz rayonlarında yanğın hadisələri baş verib

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Babək rayonun Aşağı Uzunoba, Kalbaoruc Dizə kəndlərində otlaq, Şahbuz rayonun Kolanı kəndində isə yol kənarında quru otlaq sahələrində yanğınların baş verməsi barədə məlumatlar daxil olub.

Məlumatlarla əlaqədar dərhal Babək və Şahbuz Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunub.

Yanğınlar yanğından mühafizə bölmələri tərəfindən söndürülərək daha geniş sahələrə yayılmasının qarşısı alınıb.

Nəşr edilib : 30.07.2024 18:43