AZ EN RU

Babək rayonunda təlim keçirilib

    Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Babək Rayon İcra Hakimiyyəti tərəfindən 2023-cü il yanvar ayının 27-də dekorativ-tətbiqi sənətin inkişaf etdirilməsi, qadınların bu sahəyə marağının artırılması, eyni zamanda onların sosial vəziyyətinin yaxşılaşdırılmasına kömək etmək məqsədilə rayonda yaşayan müvafiq kateqoriyadan olan qadınlar arasında dekorativ-tətbiqi sənətin bədii tikmə növü üzrə təlim keçirilib.
    Babək Rayon İcra Hakimiyyəti başçısı aparatının  İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Asif Hacıyev tədbirin mahiyyətindən bəhs edib, bundan sonra da belə tədbirlərin davamlı olacağını diqqətə çatdırıb. 
    Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin müdiri Könül Babayeva çıxış edərək bildirib ki, qadınlar, xüsusən də evdar və sosial qayğıya ehtiyacı olan qadınlar arasında xalq tətbiqi sənət nümunələrinin, milli dəyərlərin yaşadılması istiqamətində işlər və sosial layihələr həyata keçirilir. Bu gün həyata keçirilən dekorativ-tətbiqi sənət sahəsinin bədii tikmə növü üzrə təlim də görülən işlərin davamıdır.
    Bildirilib ki, bu gün də muxtar respublikada qadınların istedad və bacarıqlarının üzə çıxarılması, cəmiyyətin bütün sahələrində onların potensiallarından istifadə edilməsinə xüsusi diqqət yetirilir.
    Sonda istedadlı qadın Miranə Həmzəyeva  təlimə əyani vəsaitlərdən istifadə etməklə davam edib və sənətkarlıq sahəsi ilə bağlı təlim iştirakçılarını maraqlandıran sualları cavablandırıb. Təlim iştirakçıların marağına səbəb olub.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq 
Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 27.01.2023 20:40