AZ EN RU

Babək rayonunda ərzaq mağazasında yararsız kolbasa məhsulları aşkarlanıb

Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Babək rayon Badaşqan kəndində fəaliyyət göstərən ərzaq mağazasında plandankənar yoxlama həyata keçirilib.

 Agentlikdən "Şərq qapısı"na bildirilib ki, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, bəzi qida məhsullarının mağazanın xaricində bir başa Günəş şüaları təsiri altında saxlanıldığı, bir ədəd "Bizim dana" və 9 ədəd "Ovçular" əmtəə nişanlı yarım hisə verilmiş kolbasa məhsullarının yararlıq müddətinin bitdiyi, işçilərin dövri tibbi müayinədən keçmədiyi aşkarlanıb. 

Aşkar olunan uyğunsuzluqlarla bağlı mağaza rəhbərliyi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunub və məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə bağlı qərar qəbul edilib.

Nəşr edilib : 31.07.2024 17:04