AZ EN RU

Babək rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib

"Şərq qapısı" xəbər verir ki, rayonun Cəhri qəsəbə ərazisində baş verən qəzada iki məktəbli xəsarət alıb. Hadisə zamanı Bakı şəhər sakini, 2011-ci il təvəllüdlü Rəhimli Rəhim Famil oğlu və Babək şəhər sakini Babazadə Rza Səid oğlu xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 05.07.2024 22:20