AZ EN RU

B növü üzrə dövlət qulluğuna qəbul imtahanı keçirilib

Bu gün  Dövlət İmtahan Mərkəzi  tərəfindən B növü üzrə dövlət qulluğuna qəbul imtahanı keçirilib.
“Şərq qapısı” xəbər verir ki, Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbində  keçirilən  imtahanda  249 namizəd iştirak edib. İmtahanın keçirilməsi üçün 3 imtahan rəhbəri və 23 nəzarətçi cəlb edilib. 
Qeyd edək ki, imtahan saat 10:00-da başlanıb və   3 saat davam edib.

 

Bülbül QULİYEVA

Nəşr edilib : 11.08.2024 13:03