AZ EN RU

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında əməkdaşlıq uğurla inkişaf edir

Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Şahin Abdullayevin bu ölkənin xarici işlər nazirinin müavini Valid bin Əbdül Kərim Əl-Xuraici ilə görüşündə iki dost dövlət arasında əməkdaşlığın perspektivləri müzakirə olunub. Tərəflər əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə ediblər.

"Şərq qapısı" rəsmi SPA informasiya agentliyinə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı rəsmisinə noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq barədə məlumat verilib, Krallığın bu mötəbər tədbirdə fəal iştirak edəcəyinə əminlik vurğulanıb.

Görüş əsnasında iki ölkə arasında əlaqələrin bütün sahələrdə daha da genişləndirilməsi və inkişaf etdirilməsi yolları müzakirə edilib.

Nəşr edilib : 08.07.2024 12:37