AZ EN RU

Azərbaycanla Özbəkistan ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycanla Özbəkistan ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib. Görüşdə cari ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

Nəşr edilib : 06.08.2024 14:32