AZ EN RU

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb

"Şərq qapısı" xəbər verir ki, 67 kq çəki dərəcəsində yarışan 21 yaşlı idmançımız  qırğızıstanlı idmançı Amantur İsmayılovla üz-üzə gəlib.

Həsrət ikiqat Avropa çempionu (2023 və 2024-cü illər), dünya çempionatının gümüş və bürünc mükafatçısıdır. Amantur İsmayılov isə dünya və Asiya çempionatında bürünc medala yiyələnib. 

Həsrət rəqibinə vaxtından əvvəl 8:0 hesabı ilə qalib gəlib və bürünc medal qazanıb.

Bu, Azərbaycanın güləş üzrə milli komandalarının Paris-2024-də qazandığı ilk, ümunilikdə ölkəmizin isə 4-cü medalı olub. Daha əvvəl Azərbaycan millisi 2 qızıl və 1 gümüş medal qazanıb.

Qeyd edək ki, Parisdə keçirilən Yay Olimpiya Oyunları avqustun 11-də başa çatacaq.

Nəşr edilib : 08.08.2024 21:47