AZ EN RU

Azərbaycanın sərbəst güləşçiləri Hacı Əliyev və Maqomedxan Maqomedovun Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ilk rəqibi bəlli olub

"Şərq qapısı" xəbər verir ki, hər iki idmançı mübarizəyə 1/8 final mərhələsindən başlayacaq. Üçqat dünya və dördqat Avropa çempionu H.Əliyev ilk rəqibi meksikalı Ostin Qomes olacaq. Maqomedov isə Dominikan Respublikasından olan Luis Migel Pereslə mübarizə aparacaq. Qarşılaşmalar avqustun 10-da Bakı vaxtı ilə saat 13:30-da start götürəcək.

Nəşr edilib : 09.08.2024 18:19