AZ EN RU

Azərbaycanda hərbi jurnalist vəfat edib

Azərbaycanda hərbi jurnalist Ədil Arifoğlu 56 yaşında vəfat edib.

"Şərq qapısı" xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, agentliyin rəhbərliyi və kollektivi hərbi jurnalist Ədil Arifoğlunun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

Qeyd edək ki, Ədil Arifoğlu 1968-ci il İmişli rayonunda doğulub. Tədqiqatçı jurnalist AzTV-nin hərbi vətənpərvərlik redaksiyasının baş rejissoru, hərbi reportyor və müharibə reportyoru Birinci və İkinci Qarabağ Müharibəsinin hərbi jurnalist kimi iştirakçısı olub.

Nəşr edilib : 28.07.2024 17:25