AZ EN RU

Azərbaycan yığması Avropa çempionatında finala yüksəlib

Azərbaycanın 18 yaşadək oğlanlardan ibarət basketbol millisi Avropa çempionatının C divizionunda növbəti oyununu keçirib.

Anar Sarıyevin baş məşqçisi olduğu yığma Albaniyanın Elbasan şəhərində keçirilən turnirin yarımfinal mərhələsində meydan sahibləri ilə üz-üzə gəlib.

Rəqibini 62:41 hesabı ilə üstələyən komandamız finala yüksəlib.

U-18 həlledici görüşdə Lüksemburq - Ermənistan duelinin qalibi ilə qarşılaşacaq.

Nəşr edilib : 27.07.2024 22:38