AZ EN RU

Azərbaycan və Ukrayna münasibətlərinə həsr olunan kitabın növbəti cildi çapdan çıxıb

Kiyevdə Azərbaycan və Ukrayna münasibətlərinə həsr olunan kitab nəşr edilib.

Kitabın müəllifi “Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının sədri, hüquq elmləri doktoru, professor, Ukraynanın Əməkdar təhsil işçisi, Ukrayna Ali Təhsil Milli Elmlər Akademiyasının akademiki soydaşımız Arif Quliyevdir. “Ukrayna-Azərbaycan münasibətləri: hüquq, siyasət, diplomatiya” adlı kitabın 5-ci cildi artıq oxucuların ixtiyarına verilib.

Kitabda ikitərəfli münasibətlərin müasir tarixi, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan-Ukrayna münasibətlərindəki rolu, Prezident İlham Əliyevin uğurlu xarici siyasəti, müəllifin Ukraynadakı fəaliyyəti barədə fikirlər yer alıb.

Nəşr edilib : 04.07.2024 10:44