AZ EN RU

Azərbaycan və Körfəz Əməkdaşlıq Şurası arasında 3-cü biznes-forum keçiriləcək

Bu ilin sentyabr ayında Bakıda Azərbaycanla Körfəz Əməkdaşlıq Şurası arasında 3-cü biznes-forum keçiriləcək.

Bu barədə İqtisadiyyat Nazirliyinə məxsus “Tikinti-Təchizat Birliyi" MMC-yə istinadən xəbər verir.

Məlumata görə, tədbirə Manama, Doha, Əbu-Dabi, Küveyt və Ər-Riyaddan qonaqların gələcəyi gözlənilir.

Forum çərçivəsində Şuşa şəhərində də ayrıca tədbirin keçirilməsi planlaşdırılır. Qonaqların Qız Qalası, Şirvanşahlar Sarayı, Milli Xalça Muzeyi və Heydər Əliyev Mərkəzi də daxil olmaqla Bakının görməli yerlərinə, eləcə də ölkənin digər mənzərəli bölgələrinə səfərləri təşkil ediləcək.

Azərbaycanla Körfəz Əməkdaşlıq Şurası arasında ilk biznes-forum 2017-ci ildə keçirilib.

Nəşr edilib : 02.08.2024 09:47