AZ EN RU

Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə əlavə abituriyent qəbulu elan edilir

Milli Müdafiə Universiteti ali təhsilin bakalavriat (baza ali tibb təhsili) səviyyəsi üzrə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə əlavə abituriyent qəbulu elan edir.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, tələblərə cavab verən namizədlər 12 avqust saat 18:00-dək Hərbi Tibb Fakültəsinə (Ünvan: Bakı şəhəri, Ceyhun Səlimov küçəsi, 3) yaxınlaşaraq müraciət edə bilərlər.

Tələblər:

Dövlət İmtahan Mərkəzi tərəfindən IV ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanlarında 400 bal və daha yüksək nəticə əldə etmiş, cari ildə ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, qəbul ilində 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşı olması.

Zəruri sənədlər:

- Şəxsiyyət vəsiqəsinin əsli və surəti;

- Çağırışçının qeydiyyat vərəqəsi;

- 6 ədəd 3x4 formatında fotoşəkil;

- Psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərindən (kabinetlərdən) qeydiyyatda olub- olmaması haqqında arayışlar.

Ətraflı məlumat üçün Milli Müdafiə Universitetinin “Çağrı Mərkəzi (*0811 qısa nömrəsi) ilə əlaqə saxlamaq olar.

Nəşr edilib : 09.08.2024 12:11