AZ EN RU

Azərbaycan taekvondoçusu Paris Olimpiadasında finala yüksəlib

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov “Paris-2024” Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.

58 kiloqramda mübarizə aparan idmançı finala vəsiqə uğrunda qarşılaşmada italiyalı Vito Akvilanı sınağa çəkib.

Rəqibini 2:0 (9:4, 11:1) hesabı ilə məğlub edən taekvondoçumuz finala yüksəlib.

Onun həlledici görüşdəki rəqibi Cənubi koreyalı Tijon Park olacaq.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.

Nəşr edilib : 07.08.2024 19:26