AZ EN RU

Azərbaycan Premyer Liqasında ilk turun son oyunları keçiriləcək

Bu gün Azərbaycan Premyer Liqasında ilk turun daha iki oyunu keçiriləcək.

"Şərq qapısı" xəbər verir ki, ilk görüşdə “Sabah Bakı” doğma meydanda “Şamaxı”nı qəbul edəcək. 

Bank Republic Arenada keçiriləcək oyun saat 17:30-da başlayacaq. 

İlk turun son oyunu eyniadlı komandanın “Səbail”i qəbul edəcəyi “Zirə” idman kompleksinin stadionunda baş tutacaq. 
Görüş saat 20:00-da başlayacaq.

Azərbaycan Premyer Liqası 1-ci tur 4 avqust.

17:30. Sabah - Şamaxı Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Raxil Ramazanov, Fərid Hacıyev VAR: Tural Qurbanov AVAR: Elşad Abdullayev Müfəttiş: Vüsal Əliyev AFFA nümayəndəsi: Seymur Səlimli "Bank Respublika Arena", Masazır.

20:00. "Zirə" - "Səbail" Hakimlər: Ryavan Həmzəzadə, Cəmil Quliyev, Şirməmməd Məmmədov, Əli Əliyev VAR: Nicat İsmayıllı AVAR: Vüsal Məmmədov Müfəttiş: Asim Xudiyev AFFA nümayəndəsi: Eldyəniz Musayev Zirə idman kompleksinin stadionu. 

Qeyd edək ki, mövsümün açılış matçında “Qarabağ” səfərdə “Araz-Naxçıvan”a 1:4 hesabı ilə qalib gəlib. Dünən keçirilən "Neftçi" - "Turan Tovuz" matçında "Sumqayıt" "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəlib.

Nəşr edilib : 04.08.2024 14:23