AZ EN RU

Azərbaycan gimnastı beynəlxalq turnirdə birinci yeri tutub

Azərbaycanın idman gimnastı Aleksey Karataşov Portuqaliyanın Koimbra şəhərində keçirilmiş batut gimnastikası və tamblinq üzrə “Coimbra Gym Fest” beynəlxalq turnirində uğurla çıxış edib.

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, idmançı turniri qızıl medalla başa vurub.

A.Karataşov bu uğura tamblinq növündə nail olub.

Nəşr edilib : 08.07.2024 10:44