AZ EN RU

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında finala yüksəlib

"Şərq qapısı" xəbər verir ki, 100 kq çəki dərəcəsində yer alan dünya çempionu yarımfinal mərhələsində özbəkistanlı Muzaffarbek Turoboyevlə üz-üzə gəlib.
Rəqibinə qalib gələn Kotsoyev finala vəsiqə qazanıb.
Təmsilçimiz həlledici mərhələdə İlya Sulamanidze ilə (Gürcüstan) qarşılaşacaq.

Nəşr edilib : 01.08.2024 18:49