AZ EN RU

Azərbaycan badmintonçusu Paris olimpiadasında qələbə ilə başlayıb

Azərbaycan badmintonçusu Edir Reski Dviçayo “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Kişi badmintonçuların fərdi mübarizəsində gücünü sınayan idmançı E qrupundakı ilk görüşündə avstriyalı Kollins-Valentin Filimonla qarşılaşıb.

Qarşılaşma badmintonçumuzun 2:0 (21:18, 21:11) hesablı qələbəsi ilə yekunlaşıb.

Nəşr edilib : 29.07.2024 23:01