AZ EN RU

Avtomobil qəzasında xəsarət alan kişi 4 gün sonra xəstəxanada ölüb

Naxçıvanda baş verən avtomobil qəzasında xəsarət alan kişi 4 gün sonra xəstəxanada ölüb.
"Şərq qapısı" xəbər verir ki, 4 gün öncə Naxçıvan şəhərində qeydə alınan qəzada Naxçıvan şəhəri 9-cu məhəllə, döngə 2, ev 28 ünvanında yaşayan 1965-ci il təvəllüdlü Mahmudov Elçin Allahverdi oğlu xəsarət alıb.
O, hadisədən sonra baş-beyin əzilməsi, kəllə əsasının sınığı diaqnozu ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasının yerləşdirilib. E.Mahmudov dünən gecə saatlarında həmin xəstəxanada vəfat edib.

Nəşr edilib : 11.08.2024 14:26