AZ EN RU

Avtobus sürücüləri üçün maarifləndirici görüş keçirilib

Muxtar respublikada sərnişin daşımalarının həyata keçirilməsində xidmət səviyyəsinin yüksəldilməsi və vətəndaş məmnunluğunun artırılması istiqamətində Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən kompleks tədbirlər davam etdirilir.

“Şərq qapısı” xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli qurumu Dövlət Nəqliyyat Xidməti Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi ilə birgə bir qrup avtobus sürücüsü üçün maarifləndirici görüş keçirib.

Maarifləndirici görüş zamanı Dövlət Nəqliyyat Xidmətinin əməkdaşı Əsgər Əhmədov və Daxili İşlər Nazirliyinin əməkdaşı Ayaz İsmayılov  avtobus sürücülərinə etik davranış qaydaları, o cümlədən sərnişinlərlə mədəni rəftar etmənin, ünsiyyətdə kobudluğun, ictimai nəqliyyatda tütün çəkilməsinin və qida qəbul edilməsinin yolverilməzliyin, eləcə də nəzakətli olmağın, habelə peşəkarlıq və məsuliyyət, sərnişinlərlə münaqişəli vəziyyətlərin aradan qaldırılması yolları haqqında məlumatlar veriblər.

Keçirilən təlim və maarifləndirici görüşlər sərnişin daşınma qaydalarına, sərnişinlərin təhlükəsiz daşınmalarına, habelə həmin daşımalar zamanı yol hərəkəti qaydalarına riayət olunmasında xüsusi əhəmiyyətə malik olacaqdır.

Nəşr edilib : 02.08.2024 11:04