AZ EN RU

Avropa İttifaqı İrana qarşı sanksiyanın müddətini daha bir il uzadıb

Avropa İttifaqı (Aİ) İrana qarşı sanksiyaları 2025-ci il iyulun 27-dək uzadıb.

Bu barədə məlumatı İsrail KİV-i yayıb.

Bildirilib ki, buna səbəb İranın Rusiyaya Ukraynada, Yaxın Şərqdə və Qırmız dəniz hövzəsində tətbiqi üçün silah tədarük etməsidir.

Aİ-nin yaydığı rəsmi açıqlamaya əsasən, 2024-cü ilin martında üçüncü ölkələrdən, o cümlədən, İrandan Rusiyaya Ukraynadakı müharibədə istifadə etməsi üçün hərbi avadanlıq verməməyi tələb edib.

Xatırladılıb ki, Aİ tərəfindən bu ilin aprelində Rusiyaya PUA və raket göndərilməsi ilə bağlı məhdudlaşdırıcı tədbirlər görülmüşdü.

Nəşr edilib : 15.07.2024 16:19