AZ EN RU

Avqustun 28-dən Mərakeş və Azərbaycan arasında vizasız rejim tətbiq ediləcək

Avqustun 28-dən Mərakeş və Azərbaycan arasında vizadan azad edilmə haqqında saziş qüvvəyə minəcək.

Mərakeş Krallığının Azərbaycandakı səfirliyindən verilən məlumata görə, göstərilmiş tarixdən etibarən Azərbaycan vətəndaşları pasportlarının ölkəyə giriş tarixindən ən azı 180 gün müddətində etibarlı olması şərtilə Mərakeşdə 90 günə qədər qala biləcəklər. Eynilə, Mərakeş vətəndaşları da Azərbaycana səfər etdikləri zaman bu qayda da vizasız imtiyazlardan yararlanacaqlar.

Qeyd edilib ki, bunun nəticəsində Mərakeş və Azərbaycan arasında mövcud səyahət, turizm və biznes mübadiləsinin əhəmiyyətli dərəcədə artırması gözlənilir.

Xatırladaq ki, avqustun 28-də Mərakeş ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 32-ci ildönümü qeyd olunur. Vizasız rejimin tətbiqinin bu tarixdə olması iki ölkəni birləşdirən qardaşlıq münasibətlərinin dərinləşməsinə qarşılıqlı sadiqliyin sübutudur.

Nəşr edilib : 09.08.2024 14:03