AZ EN RU

Avqustun 10-da Daxili Qoşunların Naxçıvan şəhərində yerləşən hərbi birləşməsində gənc əsgərlərin andiçmə mərasimləri keçirilib

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Döyüş Bayrağı sıra meydanına gətirildikdən sonra Daxili Qoşunların yaranma tarixi, döyüş yolu, inkişaf və quruculuq dövrü barədə mərasim iştirakçılarına geniş məlumat verilib, gənc əsgərlər hərbi anda gətirilərək Vətənə sədaqət andı içiblər.
Mərasim Xüsusi Təyinatlıların nümunəvi çıxışı  ilə başa çatıb.

Nəşr edilib : 10.08.2024 15:36