AZ EN RU

Antalyada meşə yanğını başlayıb

“Anadolu” agentliyinin verdiyi xəbərə görə, Aksu rayonunda Murtuna məhəlləsi yaxınlarında çıxan yanğının səbəbi bilinmir.

Küləyin təsiri ilə yanğın qısa müddətdə tarlalara, meyvə bağlarına və bölgədəki meşəyə yayılıb.

Yanğına 3 helikopter, 2 təyyarə, 4 yanğınsöndürmə maşını ilə müdaxilə edilir.

İlkin məlumata görə, 2 prefabrik evə, 8 tarlaya, bəzı zeytin və üzüm bağlarına ziyan dəyib.

Yanğınsöndürənlər yanğının nəzarət altına alınmasına çalışırlar.

Nəşr edilib : 07.07.2024 17:38