AZ EN RU

Ankarada Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası yolları müzakirə olunub

Ankarada “Azaflı” Sosial Dəstək və Mədəniyyət Cəmiyyəti və Türk Dünyası Mədəniyyəti Mərkəzinin təşəbbüsü ilə “Şuşanın bərpası: tarix, mədəniyyət və azadlıq” mövzusunda tədbir keçirilib.

Türk Dünyası Mədəniyyəti Mərkəzinin rəhbəri, vəkil Arzuman Azaflı iştirakçılara Azərbaycanın Ermənistan üzərindəki tarixi qələbəsindən, işğaldan azad olunmuş ərazilərin bərpasına dair göstərilən səylər barədə məlumat verib. Azaflı vurğulayıb ki, Şuşanın azad edilməsi 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsini tamamladı, xalqın qürur mənbəyinə çevrildi.

“Tarixi Zəfərin memarı Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək, atasının haqq işini məntiqi nəticəyə çatdırdı. Bununla da, Azərbaycan lideri öz adını əbədi olaraq Azərbaycanın tarixinə yazdı”, - deyə o bildirib.

Daha sonra çıxış edən Türkiyənin aparıcı universitetlərindən biri olan “Qazi” Universitetinin doktorantı Şehla Aslan Şuşanın hər bir azərbaycanlı üçün müqəddəs olduğunu bildirib və bu şəhərin yerli sakinlərinin milli mədəniyyət tarixindəki rolunu qeyd edib.

O, diqqəti Prezident İlham Əliyevin uzaqgörən siyasətinə yönəldib.

Sonra “Şuşa, sən azadsan!” adlı sənədli film nümayiş etdirilib.

Mərkəzin rəhbəri Arzuman Azaflı tədbir iştirakçılarını fəxri fərmanlarla təltif edib.

Nəşr edilib : 03.08.2024 22:02